Türkiyə PTT I liqasının XV turu çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” səfərdə “Boluspor”la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
“Alanyaspor”la (1:0) baş tutan ötən turda ehtiyat oyunçular skamyasında matçı izləyən Mahirin bu dəfə meydana start heyətdə çıxıb. Sona qədər mübarizə aparan Şükürov 74-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, aktivində 22 xal olan “Karşıyaka” hazırda turnir cədvəlinin 6-ci pilləsində yer alır. “Boluspor” isə 17 xalla 12-ci sırada qərarlaşır.
Türkiyə PTT I liqası
XV tur
28 dekabr
“Boluspor” - “Karşıyaka” - 0:0
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu