Türkiyənin “Karşıyaka” klubunda forma geyinən Mahir Şükürovun milli komandaya qayıdışı erkən baş tutacaq. Apasport.az saytının məlumatına görə, onun əvvəlcə noyabrın 10-da yığmanın düşərgəsinə qatılacağı bildirilirdi.
Ancaq təcrübəli müdafiəçimiz artıq sabahdan komandamızın düşərgəsində məşqlərə qoşulacaq. Sabahdan həmçinin bu gün Avroliqada “Dnepr”lə oyuna çıxacaq “Qarabağ”ın oyunçuları da toplanışa qatılacaq. “Elazığspor”lu Cavid İmamverdiyev, “Karlsrue”li Dmitri Nazarov, “Qaziantep BB”li Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan düşərgədə olacaqlar.
Qeyd edək ki, millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da saat 21:00-da Norveç yığması ilə qarşılaşacaq. Bu məqsədlə millimiz noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir.