Mahir Şükürovun yığmaya erkən qayıdışının səbəbi bilindi
07.11.2014 - 14:12
Mahir Şükürovun yığmaya erkən qayıdışının səbəbi bilindi

2 oyunluq fasilədən sonra yenidən millimizə çağırılan Mahir Şükürovun Bakıya erkən qayıtmasının səbəbinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, buna səbəb 32 yaşlı futbolçunun Türkiyənın I dəstəsində cəzalı duruma düşməsidi.

 

Belə ki, Mahir Şükürov hələ rəsmi debüt etdiyi I turda sabiq komandası olan “Antalyaspor”a görüşdə sarı vərəqə almışdı. O, son 3 turda da intizamsızlığı ilə diqqət çəkmişdi. Şükürov VI turda “Qaziantep BB”, VII turda “Manisaspor” və VIII turda “Samsunspor”la görüşlərdə sarı vərəqə almaqla cəzalı duruma düşüb.

 

Belədə onun noyabrın 9-da “Adana Dəmirspor”la səfər matçında iştirak etməyəcəyi dəqiqləşib. Ona görə də Şükürovun yığmaya erkən çağırılması qərara alınıb.

 

Qeyd edək ki, millimiz Mahmud Qurbanovun rəhbərliyi altında noyabrın 4-dən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıqlara başlayıb. Komandamız ayın 9-da U-21-lə yoldaşlıq, 16-da isə Norveçlə seçmə mərhələ oyunu keçirəcək.