Mahmud Qurbanov: Məni yaxşı qarşıladılar
04.03.2014 - 19:08
Mahmud Qurbanov: Məni yaxşı qarşıladılar

“Yığmada futbolçu kimi çox oynamışam. Məşqçi qismində isə təzəyəm”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov deyib.

Ötən ilin dekabrında Berti Foqtsla əməkdaşlığı davam etdirməyə qərar verilsə də, məşqçilər korpusunda bəzi dəyişikliklər oldu. Yeni simalardan biri isə ölkəmizin ən titullu futbolçusu sayılan Qurbanovdur.

O, Filippinlə sabah keçiriləcək yoldaşlıq matçı ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib ki, yığmada olmaq xoşdur: “Məni yaxşı qarşıladılar. Ölkə futbolunda inkişaf gedir. Məşqlər sürətli keçir. Burada olmaq xoşdur”.

0