Millimizin baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
- Norveç yığması haqqında çox danışmaq istəmirəm. Onların çətin və güclü komanda olduğunu bilirik. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik. Öz meydanımızda oynayacağıq. İlin son matçıdı və uğurlu nəticə qazanmalıyıq.
- Bir oyunluq millinin başındasınız. Bunu şans kimi, yoxsa başqa cür dəyərləndirirsiniz?
- Bunu tək öz adıma yazmazdım. Məndə heç zaman arxayınçılıq olmayıb. Millinin başında olmaq böyük məsuliyyətdi. Bu məsuliyyət ağırdı. Yığmanın məşqçisi kimi qələbə qazanmaq istəyirik.
- Yığmamız hər mərhələdə bir sensasiya edir. Norveçə qalib gəlsək, seçmə mərhələnin sonuna postunuzda qala bilərsiniz?
- Bu suala cavab vermək çətindi. Sabah ciddi oyunumuz var. AFFA yığmanın baş məşqçi postuna yeni çalışdırıcı axtarır. Bizim bütün diqqətimiz sabahkı qarşılaşmadadı.
- Müdafiənin sol cinahında kim oynayacaq?
- Komandada Maksim Medvedev və Tərlan Quliyev kimi futbolçular var. Kimin orada çıxış edəcəyi sabah bilinəcək.
- Ardıcıl 3 məğlubiyyətdən sonra futbolçularda əhval-ruhiyyə necədi?
- Biz nikbinik və oyunçularımıza inanırıq. Nə qədər güclü rəqib olsa da, Norveçi xalsız yola salmaq istəyirik. Oyunçular məsuliyyəti dərk edir və bilirlər ki, bizi necə matç gözləyir. Komandam sabahkı oyuna hazırdı.
- Norveç millisində 15 yaşlı futbolçu var. Ondan xəbəriniz varmı?
- Bəli, bu rəqibi analiz etmişik. Kimlərin oynadığından xəbərimiz var.
- Rəqib adətən atletik hücumlar qurur. Siz necə düşünürsüz?
– Onlar indi fərqli çıxış edirlər. Əks-hücumlarda və mərkəzdən qurulan hücumlardan da fərqlənməyə çalışırlar. Biz öz oyunumuzu oynamağa çalışacağıq.
- Norveçin hansı futbolçularından çəkinirsiz?
- Demək olar ki, bütün futbolçuları güclüdü. Məsələn, hücum xəttində “10” nömrə Tarik Elyunissi çox təhlükəlidi. Müdafiəçilərimiz üçün çətin olacaq.
- Azərbaycanlı futbolçular sərbəstliyi sevir. Bu amil sizdə problem yaratmayacaq?
- Məncə, Azərbaycan millisi öz oyununu göstərməlidi.
- Sizin çıxış etdiyiniz milli komanda ilə indiki arasında hansı fərqlər var?
- Bunu müqayisə etmək düzgün deyil.
- (Norveçli jurnalist) Sizcə ölkənizdə “Avroviziya” mahnı müsabiqəsi məşhurdu, yoxsa milli komanda?
- Sabah göstərəcəyik ki, milli komanda daha məhşurdu.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı