Makedoniyanın 18 yaşadək futbolçulardan ibarət millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah U-19 millimizlə yoldaşlıq görüşü keçirəcək makedonlar 20 futbolçuya güvənəcək.
Qapıçılar: Boban Tselevski ("Makedoniya"), Filip İliç ("Metallurq");
Müdafiəçilər: Slobodan Botsevski ("Makedoniya"), Sabahudin Alomeroviç ("Vardar"), Stefan Lazarov, İqor Perçinkov (hər ikisi "Rabotniçki"), Milan Aleksiç ("Dinamo" Vranye, Serbiya), Enis Dervişi ("Şkendiya"), Kristiyan Karanfilovski (klubsuz);
Yarımmüdafiəçilər: Stefan Yeftovski, Saşe Şoposki (hər ikisi "Metallurq"), Kurt Recep (Pandev Akademiyası), Martin Mirçevski ("Pelister"), İseini Besart ("Şkupi"), Valentin Koçovski ("Turnovo");
Hücumçular: Petar Petkovski ("Vardar"), Bobi Georgiev ("Metallurq"), Mentor Halimi (klubsuz), Martin Xristov ("Teteks"), Remzifaik Selmani ("Renova").
Bu görüş haqqında Makedoniyanın baş məşqçisi Yeton Nesimi bunları deyib: “Daim təkrar edirəm ki, bizim 18 yaşadək yetirmələrimiz talantlıdı. Ancaq onlar bunu meydanda təsdiqləməlidi. Bu oyunçular demək olar ki, 2 il bir yerdədi. Fikrimcə, bu bizim üstünlüyümüzdü. Bundan yararlanmalıyıq. Azərbaycanla oyunda bir neçə yeni oyunçuya şans verəcəyəm. Görək, onların səviyyəsi yığmanın oyun keyfiyyətinin artması üçün yararlı olacaqmı. Azərbaycan bir il bizdən böyük komandadı. Ancaq bu bizə daha bir səbəb yaradır ki, qələbə qazanmaq üçün uğura can ataq”.
Qeyd edək ki, dünəndən seçmə mərhələ ilə əlaqədar Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan Nikolay Adamın yetirmələri meydan sahibləri ilə yoldaşlıq görüşünü Bakı vaxtı ilə saat 16:00-da keçirəcək. Qarşılaşma “Futbol Evi” kompleksində baş tutacaq.