Ukrayna millisinin sabiq futbolçusu Maksim Kaliniçenko karyerasını bitirmək haqda düşünür. Apasport.az saytının məlumatına görə, 2002-11-ci illərdə ölkəsinin yığmasında çıxış etmiş 35 yaşlı yarımmüdafiəçi “Tavriya”dan ayrıldıqdan sonra futbolçu günlərini son qoya bilər.
Karyerasının ən yaxşı illərini Moskva “Spartak”ı (2000-08) və “Dnepr”də (1996-2000, 2008-10) keçirən ukraynalı ölkə xaricində, o cümlədən Azərbaycanda oynamağın əleyhinədir: “Yəqin ki, karyeramı bitirdim. Lakin hər şey ola bilər. Mənim heç bir illyuziyam yoxdur. Evə yaxın yerdə oynamaqdan imtina etmərəm. Harasa, Azərbaycan və ya Qazaxıstana getməyin isə mənası yoxdur. Artıq çox gəzmişəm”.
Qeyd edək ki, Kaliniçenko DÇ-2006-nın 1/4 finalçısıdır.