Malta millimizlə oyuna 13 debütant çağırdı
05.11.2014 - 12:42
Malta millimizlə oyuna 13 debütant çağırdı

Maltanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yığmamızla yoldaşlıq oyunu üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Silvio Velya 22 oyunçuya dəvət göndərib.

 

Kanada doğumlu 47 yaşlı çalışdırıcı daha sonra 4 futbolçunu heyətdən çıxaracaq. Heyətdə 13 debütant var.

 

Qapıçılar: Yurgen Borq (“Hibernians”), Metyu Kalyexa Kremona (“Pembrok Atleta”), Yenz Sini (“Valletta”);

 

Müdafiəçilər: Samir Arab (“Baltsan”), Kain Attard (“Pieta Hotspurs”), Emanuel Briffa (“Floriana”), Cilmour Kassar Rayan (“Naxxar Layens”), Maykl Conson (“Sent-Endryus”), Zakari Tanti (“Rabat Ayaks”);

 

Yarımmüdafiəçilər: Terens Acius, Kayl Sezare (hər ikisi “Pieta Hotspurs”), Qabriel Akvilina (“Qzira Yunayted”), Yohann Betsina (“Hibernians”), Antuan Borq, Rayan Kamenzuli (hər ikisi “Birkirkara”), Llevelin Kremona (“Valletta”), Brendon Muskat, Daniel Zerafa  (hər ikisi “Sent-Corcs”), Kurt Muskat (“Rabat Ayaks”), Kurt Zammit (“Mosta”),      

 

Hücumçular: Lyuk Montebello (“Valletta”), Rayan Spiteri (“Hamrun Spartans”).

 

Qeyd edək ki, Malta – Azərbaycan oyunu noyabrın 16-da “Hibernians” stadionunda baş tutacaq. Hər iki komanda ilin son matçını Bakı vaxtı ilə saat 16:00-da keçirəcək.