Mançini: Meydanda düşmən olmalıdırlar
25.02.2014 - 21:42
Mançini: Meydanda düşmən olmalıdırlar

“Çelsi” Avropanın ən yaxşı klublarından biridir. Əvvəl Çempionlar Liqasını qazanıblar”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Çelsi” ilə oyun öncəsi bu gün İstanbulda təşkil olunan mətbuat konfransında deyib.

 

İtaliyalı mütəxəssis Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşü çərçivəsində London klubu ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib.

 

Mançini güclü rəqibə qarşı evdə oynamağın önəmini vurğulayıb: “Bizim üçün çətin oyun olacaq. Yaxşı mübarizə aparmalıyıq və meydan sahibi üstünlüyümüzü göstərməliyik. Yerli, legioner fərqi yoxdur. Sabah hazır olan futbolçuya meydanda şans verəcəm. Sabah bəzi dəyişikliklər edə bilməmiz və legioner sayını artırmağımız mümkündür. Amma hər halda biz yaxşı komandayıq”.

 

Mançini ulduz futbolçuları Uesley Sneyder və Didye Droqbanın sabiq baş məşqçiləri Joze Mourinyonun komandasına qarşı mübarizəsini də dəyərləndirib: “Məncə, Droqba “Çelsi”nin çox dəyərli bir futbolçusu idi. Mourinyo Sneyderlə birgə çempionluqlar qazandı. Sabah hər iki futbolçumuzun da çox yaxşı oynamalarına ehtiyacımız var. Matçdan sonra (Mourinyo ilə) yeməyə də gedə bilərlər, amma meydanda düşmən olmalıdırlar”.

 

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.