Mançini indi də "Qalatasaray"dan futbolçu istəyir
22.04.2015 - 19:36
Mançini indi də "Qalatasaray"dan futbolçu istəyir

İtaliyanın “İnter” klubu növbəti mövsümdən daha yaxşı nəticələr qazanmaq üçün indidən heyətini gücləndirməyi düşünür. Apasport. az saytının məlumatına görə, komandanın baş məşqçisi Roberto Mançini transfer siyahısında “Qalatasaray”ın futbolçusu Aleks Telles də yer alıb.

 

 

İtaliya mediasında yayılan xəbərlərə əsasən, çalışdırıcı braziliyalını müəyyənləşdirdiyi heyətdə görmək istəyir. Mançini hələ “sarı-qırmızılılar”ın baş məşqçisi olarkən, Tellesə tez-tez forma geyinmək şansı verirdi.

 

İndiki halda, Milan klubu cinah futbolçu ilə razılığa gələrsə, sol xətt hücumlarında “İnter”in hücum qurmaq imkanları bir qədər yaxşılaşar. Hazırda bu yerdə daha çox yaponiyalı Naqotomo çıxış edir.