Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin mundialın finalındakı oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, 1986-cı ildə dünya çempionu olan Maradona “albiseleste”nin oyununu kəskin tənqid atəşinə tutub.
Xatırladaq ki, Alexandro Sabelyanın başçılıq etdiyi Argentina millisi finalda Almaniyaya 1:0 hesabı ilə məğlub olub. Maradona komandanın ümumiyyətlə final oyununda oynamadığını bildirib: “Nə baş verdiyini bilmirəm. Lionel Messinin arxasınca apardığı komanda hər oyunda rəqibə 3 qol fərqi ilə qalib gəlməliydi. Amma bu olmadı”.
Dieqo Maradona 2010-cu ildə keçirilən dünya çempionatı zamanı Argentinanın baş məşqçisi olub. Komanda 1/4 finala kimi irəliləyib və Almaniyaya 4:0 hesabı ilə məğlub olub.