Türkiyə klubu “Əskişəhərspor”a ulduz axını ola bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Əskişəhər təmsilçisi Dieqo Armando Maradonanı baş məşqçi postuna gətirməyə hazırlaşır.
Gələn ay klubda keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən iş adamı Ləvənt Karaca argentinalı mütəxəssislə, həmçinin bir neçə məşhur futbolçu ilə anlaşdığını bildirib. Maradona ilə ilkin müqavilə imzaladıqlarını deyən Karaca futbolçulardan da Dieqo Forlan, Dieqo Milito və Benoit Assu-Ekottonun razılığını aldıqlarını söyləyib. Almaniyada yaşayan iş adamı bununla da kifayətlənməyəcəklərini əlavə edib.
Qeyd edək ki, “Əskişəhərspor” Türkiyə Superliqasında 27 turdan sonra 30 xalla 13-cü pillədə qərarlaşıb.