Maradonanın acı günü
25.06.2015 - 23:27
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ailəsinə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, məşhur futbol adamının atası vəfat edib.
Uzun zamandı səhhətində ciddi problemləri olan 87 yaşlı don Dieqo Buenos-Ayres xəstəxanalarından birində müalicə alırdı. Son vaxtlar ata Maradonanın komaya düşdüyü bildirilirdi.
Qeyd edək ki, əfsanəvi futbolçu 2011-ci ildə anasını da itirmişdi.
0
0