Mario Balotelli “Milan”ın bazasında
10.03.2015 - 21:04
“Liverpul”un hücumçusu Mario Balotelli gözlənilmədən sabiq klubu “Milan”ın bazasına baş çəkib. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin forvardı Milanda keçmiş komanda yoldaşları ilə görüşüb.
Daha sonra Balotelli Stefan Əl Şaravi ilə şəkil çəkdirərək, sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Mario Balotelli “Liverpul”a yay “transfer pəncərəsi”ndə “Milan”dan keçib. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 13 matçda forma geyinib və yalnız 1 qola imza atıb.
0
0