Mario Mancukiç Turinə köçür
19.06.2015 - 01:01
Mario Mancukiç Turinə köçür

“Yuventus” xorvatiyalı hücumçu Mario Mancukiçin keçidi həll etmək üzrədi. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, “qoca sinyora” artıq futbolçunun klubu “Atletiko Madrid”lə də anlaşıb.

 

Əldə olunan razılığa əsasən, “Yuventus” keçid müqabilində “hindular”a ilk olaraq 15 milyon avro ödəyəcək. Sonrakı mərhələlərdə isə bonus olaraq daha 3 milyon ödənəcək.

 

Futbolçunun özü ilə isə 2019-cu ilə kimi anlaşma əldə olunub. Hələlik maliyyə şərtləri haqqında məlumat verilmir.

 

Qeyd edək ki, Mancukiçin gələn həftə Turinə gələrək tibbi baxışdan keçəcəyi gözlənilir.