“Bu mövsüm Avropa Liqasının finalına yüksəlmək gücündəyik. Düşünürəm ki, bunun üçün kifayət qədər potensialımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Dortmund “Borussiya”sının futbolçusu Marko Roys deyib.
Sabah Azərbaycan təmsilçisi ilə görüşəcək Almaniya klubunun ulduzu komandasının iddialarını açıqlayıb: “Lakin qrup mərhələsindən sonra daha güclü rəqiblərlə qarşılaşacağıq. Düzdü, həmin vaxt formada olmaya da bilərik. Amma ümumilikdə potensialımız buna imkan verir. Finala vəsiqə qazanmağı çox istəyirik”.
Qeyd edək ki, sabah keçiriləcək “Borussiya” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.