Marko Stanoyeviç: Şehiçdən o səhvi gözləmirdim
30.11.2014 - 19:52
Marko Stanoyeviç: Şehiçdən o səhvi gözləmirdim

“Biz oyuna yaxşı başladıq. Hesabı da açmağı bacardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un futbolçusu Marko Stanoyeviç deyib.

 

Matçın 79-cu dəqiqəsində qarşılaşmada 5-ci, komandasının isə 2-ci qoluna imza atan serbiyalı yarımmüdafiəçi bu gün Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduğu oyundan danışıb: “Lakin sona qədər öz səhvlərimizdən qol buraxdıq. Ümumiyətlə, “Simurq” bu gün necə lazım idisə, çıxış etdi. Sadəcə, etdiyimiz səhvlər bizə baha başa gəldi. İlk hissədə də, ikinci yarıda da şanslarımız oldu. Amma bundan yararlana bilmədik. Vurduğum qola gəlincə, Şehiçdən o səhvi gözləmirdim. Amma yenə də ona təşəkkür edirəm”.