Mbilla Etamenin komandası xalları yarı böldü
09.11.2014 - 00:00
Mbilla Etamenin komandası xalları yarı böldü

Türkiyənin PTT I liqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın sabiq hücumçusu Mbilla Etamenin komandası "Samsunspor" da meydana çıxıb.

 

Doğma publika önündə “Şanlıurfaspor”la qarşılaşan Samsun təmsilçisi xal itirib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Bu görüşdə Etame meydana start heyətdə çıxıb. O, matçı əvəzləmədən sona qədər davam edib.

 

Qeyd edək ki, "Samsunspor" 9 oyundan sonra xalını 11-ə çıxarıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.