Məlikov forma geyindi, Temeltaş kənardan baxdı
12.10.2014 - 16:48
Məlikov forma geyindi, Temeltaş kənardan baxdı

Milli komandalarının oyunları ilə əlaqədar olaraq çempionatda yararan fasilədən Türkiyə PTT I lıqasında çıxış edən təmsilçilərimizin komandaları yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq üzvü Rail Məlikovun formasını geyindiyi "Dənizlispor" 21 yaşadək futbolçulardan ibarət millizin keçmiş futbolçusu Timur Temeltaşın komandası "Altınordu" ilə qarşılaşıb.

 

Görüşdə qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

Məlikov qolsuz bərabərliklə yekunlaşan qarşılaşmada meydana fasilədən sonra daxil olub. O, Mehmet Çiçeki əvəzləyib. Bir müddətdi zədədən əziyyət çəkən və son PTT I liqasının görüşlərini kənardan izləyən Timur yenə forma şansı əldə edə bilməyib.