Melo “Qalatasaray”da qalacaq
26.06.2015 - 21:51
Melo “Qalatasaray”da qalacaq

Braziliyalı yarımmüdafiəçi Felipe Melo bir mövsüm daha “Qalatasaray”da qalacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Radyospor” radiosuna futbolçunun meneceri Xose Rodrigez açıqlama verib.

 

İspaniyalı menecer “İnter”in müştərisi ilə maraqlandığını, ancaq “Qalatasaray”ın bu təklifi qəbul etmədiyini bildirib.

 

Klubla bir illik müqaviləsi qalan yarımmüdafiəçi yeni anlaşma təklif edilməsə belə son mövsümü Türkiyədə keçirəcək.

 

Digər tərəfdən adı “Sevilya” ilə anılan Melo üçün andalusiyalılar da maraqlanmadıqlarını bildiriblər.