İtaliyanın “Roma” klubunun hücumçusu Françesko Totti futbol arzusu və xəyalındakı simvolik yığma barəsində danışıb. Apasport.az saytının məlumatına görə, Totti simvolik yığmaya indiyə qədər bir yerdə oynadığı partnyorlarını və rəqiblərini daxil edib.
İtaliyalı hücumçu arzularının elə arzu olaraq qalacağını bildiyini söyləyib: “Bilirəm, vaxt azdır… Amma mənim həyata keçirmək istədiyim arzum var. Mən Çempionlar Liqasında qalib gəlmək istəyirəm. Mənim arzu etdiyim yığmaya aşağıdakı oyunçular daxildir – Buffon, Maykon, Samuel, Kandela, De Rossi, Havi, İnyesta, mən, Ronaldu, Messi və İbrahimoviç. Mən deyərdim ki, çox gözəl komandadır. Həm də həddən artıq bahalıdır”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”