“Arsenal”ın müdafiəçisi Per Mertezaker və onun “Bavariya”dan olan amplua yoldaşı Filip Lam 2016-cı il Rio-de-Janeyro Olimipiadasında iştirak edə bilərlər. Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, futbol üzrə Almaniya U-21 milli komandasının baş məşqçisi Horst Hrubeş hər iki futbolçunu Braziliyaya gedəcək heyətdə görmək istəyir.
Belə ki, Olimpiya Oyunlarında çıxış edəcək futbol komandaları heyətlərinə 3 nəfər 21 yaşdan yuxarı futbolçu daxil edə bilər.
Xatırladaq ki, 2014-cü il dünya çempionatından sonra hər iki futbolçu milli komandadakı çıxışlarını başa vurduqlarını bildirmişdilər. Ancaq bu, onların Olimpiya Oyunlarında çıxışına əngəl olmayacaq.