Məşhur braziliyalı futbolçunun sürücülük vəsiqəsi əlindən alındı
02.03.2014 - 19:19
Məşhur braziliyalı futbolçunun sürücülük vəsiqəsi əlindən alındı

 

 

Futbol üzrə 1994-cü il dünya çempionu, Braziliya parlamentinin deputatı Romario avtomobil sürmək hüququndan məhrum edilib. Apasport.az saytının məlumatına görə, “Barselona”, “Valensiya” və Braziliya yığmasının keçmiş oyunçusu martın 1-də polis reydi zamanı saxlanılıb.

 

Müfəttişlərə davranışı şübhəli görünən keçmiş futbolçu qanında alkoqolun olub-olmamasının müəyyən edilməsi üçün aparılan testdən keçməkdən imtina edib. Braziliya qanunlarına görə, testdən keçməkdən əsaslandırılmamış formada imtina edilməsinə görə sürücülük vəsiqəsindən məhrum edilir və 1915 real (təxminən 600 avro) cərimə kəsilir.