San Marinonun “La-Fiorita” klubu UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin oyunları üçün təqdim etdiyi iştirak ərizəsinə sürpriz bir ad da daxil edib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, İtaliya yığma komandasının keçmiş futbolçusu 41 yaşlı Damiano Tomazzi bu mərhələdə “cırtdanlar”a yardım edəcək.
Onun iyulun 2-də “Vadust”a qarşı oyunda meydana çıxacağı gözlənilir.
Beynəlxalq arenadakı oyunlar üçün çox darıxdığını deyən Tomazzi uşaqlarının onu yenidən yaşıl meydana görəcəkləri üçün şad olduğunu bildirib:
“La-Fiorita” mənə yenidən özümü Avrokuboklarda göstərmək üçün şans verib. Ümid edirəm ki, bununla karyeramda yeni, gözəl səhifə açacam”.
Qeyd edək ki, Tomazzi 2009-cu ildən həvəskar səviyyədə oynayır və eyni zamanda İtaliya Futbolçular Assosiasiyasına rəhbərlik edir. Karyerasının ən yaxşı illərinin “Roma”nın sıralarında keçirən yarımmüdafiəçi “canavarlar”la birlikdə 2009-cu ildə skudettonu qazanıb.