Məşhur italiyalı futbolçu Malta çempionatında
24.06.2015 - 20:38
İtaliyalı hücumçu Fabrizio Mikkoli Malta birinciliyində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının keçmiş üzvü “Birkirkara” klubu ilə anlaşıb.
Tərəflər arasındakı müqavilə bir il müddətinə nəzərdə tutulub.
Xatırladaq ki, “Yuventus”, “Fiorentina”, “Benfika” kimi məşhur klubların formasını geyinmiş Mikkoli İtaliya yığması ilə 10 oyunda meydana çıxıb və 2 qola imza atıb.
0
0