Messi adına qadağa qoyuldu
10.09.2014 - 22:15
Messi adına qadağa qoyuldu

Argentinanın Rosario şəhərində yeni doğulan körpələrə Messi adının qoyulması qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, buna ölkədə minlərlə valideynin öz uşağına Messi adını qoymaq istəməsi səbəb olub.

 

Belə ki, şəhər sakinlərindən biri Lionel Messinin soyadını oğluna ad olaraq qoyub. “Messi Danuel Varela” adı verilən körpədən sonra minlərlə insan öz uşağına Messi adını vermək istəyib.

 

Lakin Argentina qanunları soyadların ad olaraq istifadə olunmasına qadağa qoyub. Çünki bu adın yanlışlıq yarada biləcəyi bildirilib.

 

Qeyd edək ki, Lionel Messi 1987-ci ildə Rosario şəhərində dünyaya gəlib.