“Barselona”nın hücumçusu Lionel Messi yeni rekordun bir addımlığında dayanıb. Apasport.az saytının məlumatına görə, La Liqanın VIII turunda “Nou Kamp”da “Eybar”la (3:0) oyunun 74-cü dəqiqəsində vurduğu top argentinalı futbolçunun İspaniya çempionatında 250-ci qolu olub.
Beləliklə, Messinin Telmo Sarranın rekordunu qırmağa 2 topu qalıb. Sabiq “Atletik”li isə 251 dəfə fərqlənib.
Əgər Leo La Liqanın IX turunda “El-Klassiko”da dubl edərsə, onda ölkə çempionatında tək ünvana sahib olacaq.
Qeyd edək ki, “Real”la “Barselona” arasında keçiriləcək matç, oktyabrın 25-də “Santyaqo Bernabeu”da baş tutacaq.