Messidən mövsümün ilki və rekord
14.09.2016 - 00:34
Messidən mövsümün ilki və rekord

Lionel Messi Çempionlar Liqasında 2016/17 mövsümünün ilk het-trikinə imza atıb. Apasport.az saytının məlumatına görə, argentinalı oyunçu “Seltik”lə “Nou Kamp”dakı oyunda 3 qol birdən vurub.

 

O, 3, 27 və 60-cı dəqiqələrdə fərqlənib.

 

Qeyd edək ki, bu, Messinin turnirin tarixində 6-cı belə uğurudur ki, daha əvvəl heç bir futbolçu bunu əldə edə bilməyib.