Messiyə fantastik təklif
27.10.2015 - 17:54
Messiyə fantastik təklif

“Barselona” ulduz futbolçusu Lionel Messini komandada saxlamaqda israrlıdı. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya klubu argentinalı oyunçuya yeni müqavilə təklif edib.

 

Messinin İspaniyada vergidən yayınmaqda təqsirkar bilinərək, bir müddət problem yaşaması “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” kimi İngiltərə nəhənglərini həvəsləndirmişdi. Lakin “Barsa”nın prezidenti Xosep Mariya Bartomeu Leonu karyerasının sonuna qədər komandada saxlamağa çalışdıqlarını söyləyib.

 

Klubla anlaşması 2018-ci ilin yayına qədər olan 28 yaşlı superulduza artıq yeni müqavilə də təklif edilib. Messi yeni təklifi qəbul edərsə, gələn mövsümdən etibarən illik 20 milyon avro məvacib və 5 milyonluq mükafat qazanacaq. Bununla o, ən yüksək ödənişli oyunçuya çevriləcək.

 

Bartomeu həmçinin braziliyalı hücumçu Neymarla da danışıqların başa çatmaq üzrə olduğunu söyləyib.

0