Metyu Valbuena – 10 il sonra ilk dəfə
19.06.2015 - 19:27
Fransalı futbolçu Metyu Valbuena 10 il sonra ilk dəfə Avrokuboklardan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, hazırda Moskva “Dinamo”sunda çıxış edən yarımmüdafiəçi məhz klubunun cəzalanmasına görə Avropa miqayslı yarışları kənardan izləməli olacaq.
2006-cı ildə “Marsel”ə transfer olunan bəstəboy futbolçu Fransa klubu ilə İntertoto kuboku, UEFA Avropa Liqası və 6 dəfə də Çempionlar Liqasında çıxış edib.
Xatırladaq ki, “Dinamo” bu mövsüm maliyyə “feyr-pley” qaydalarını pozduğuna görə UEFA tərəfindən Avrokuboklardan kənarlaşdırılıb.
0
0