“Günbəgün oyunlar çətinləşir. Artıq turnir cədvəlində rəqibi keçmək üçün şans yaranıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” ilə oyunu ərəfəsində matçın vacibliyindən danışıb: “Cari mövsüm iki dəfə “Qəbələ”yə məğlub olmuşuq. Amma sabah bizi qələbə gözləyir. Eyni zamanda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar arasında 1-2 xallıq fərq var. Bu isə özlüyündə rəqabəti daha da çətinləşdirir. Əsas rəqiblərlə aradakı xal fərqini aradan qaldırmaq işi məni qorxutmur. Sadəcə, AFFA-nın İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm aşağı liqaya düşəcək komandanın olmaması haqda verilən qərarın çempionata marağı azaltmasını düşünürəm. Premyer Liqanın ortasında belə bir xəbərin çıxmasını mən heç yerdə görməmişəm. Nisbətən aşağı pillədə olanlar mübarizə aparmalı olduqları halda, bundan sonra ona əhəmiyyət verməyəcək. Marağın azalması bizi qayğılandırır. Ancaq mən nə edim, dəyişə biləcəyim bir şey yoxdu. Son ana qədər avrokuboklara vəsiqə uğrunda döyüşməliyik”.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu