"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun oldu. Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bizdə seçim üçün çox oyunçu yoxdu. Rauf Əliyevin zədələnməsi bizi üzdü. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Daniel Subotiç mükəmməl qol vurdu. Sevinirəm ki, məğlub olmadıq. Amma eyni zamanda 2 xal itirdiyimiz üçün də üzgünəm. Artıq qarşıdakı "Rəvan"la oyuna hazırlaşmalıyıq. Eşitdim ki, Zaqatalaya əsas oyunçularını aparmayıblar. Birinci diviziona heç bir klubun düşməyəcəyi barədə qərarına çıxarılmasından sonra klublarda arxayınlıq yaranıb. Bu üzdən mövsümün qalan dövrü ərzində çoxlu yoldaşlıq matçları izləyəcəyik".
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu