Milinko Pantiç necə aldandı?
28.02.2014 - 16:42
“Rəqibin turnir cədvəlindəki mövqeyinə aldandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
Bu gün Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Bakı” rəqibin müqavimətini qıra bilmədi. “Zolaqlılar”ın serbiyalı çalışdırıcısı bildirib ki, rəqibi düzgün qiymətləndirməyiblər: “Etiraf edim ki, “Sumqayıt”dan bu cür oyun gözləmirdim. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Nəticəni ədalətli sayıram”.
Qeyd edək ki, “Bakı” hazırda 41 xalla 3-cü, “Sumqayıt” isə 13 xalla 9-cu pillədə qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0