Milli üzvü oynadı, komandası qalib gəldi
27.10.2015 - 02:02
Milli üzvü oynadı, komandası qalib gəldi

İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 29-cu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.  

 
"Qırmızı qardaşlar" doğma meydanda "Gefle" ilə üz-üzə gəlib. Görüş "Kalmar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri isə oyunu əvəzedilmədən keçirib. Müdafiəçi 65-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.  
 
Qeyd edək ki, “Kalmar” hazırda 30 xalla 13-cü pillədə qərarlaşıb.