Millimiz 191-ə çatdı
06.03.2014 - 12:26
Millimiz 191-ə çatdı
Azərbaycan milli komandasında oynamış futbolçuların sayı 191-ə çatıb. Apasport.az saytının məlumatına görə, buna martın 5-də Filippinlə yoxlama oyununda 3 debütantın meydana çıxması səbəb olub.

BƏƏ-nin Dubay şəhərindəki görüşə start heyətində çıxan Tuğrul Eratla Elvin Yunuszadə ilk dəqiqələrdən debütünü rəsmiləşdirib. Fasilədən sonra oyuna daxil olan İlkin Qırtımov ad debütantlar sırasına qoşulub.

Bu oyunadək millimizin keçirdiyi 203 qarşılaşmada baş məşqçilər 188 futbolçuya güvənmişdi. Dubaydakı 3 debütant bu rəqəmi 191-ə çatdırdı. Bu siyahıya isə hesabında 89 oyun olan Rəşad Sadıqov başçılıq edir.

Qeyd edək ki, millimiz Filippini 1:0 hesabı ilə məğlub edib.