Final mərhələsi 2016-cı ilin 2-13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkatma mərasimində Azərbaycan millisi II səbətdə yer alacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirdə əvvəl ilkin mərhələsinin qrupları müəyyənləşəcək.
Sentyabrın 26-da Bakı vaxtıyla 17:00-da baş tutacaq püşkdə əvvəl 24 komanda 6 qrupa bölünəcək. Mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq 21 komanda isə ilk 3 səbətdə qərarlaşıb.
I səbət: İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Xorvatiya, Çexiya, Ukrayna.
II səbət: Rumıniya, Sloveniya, Azərbaycan, Macarıstan, Slovakiya, Holalndiya, Belarus
III səbət: Belçika, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan, Polşa, Makedoniya, Norveç.
IV səbət: İlkin mərhələnin 6 qrup qalibi və ən yaxşı 2-ci yer
Qeyd edək ki, ilkin və əsas mərhələlərin oyunlarına ev sahibliyi edəcək şəhərlər də artıq müəyyənləşib. Azərbaycan yığması yer aldığı qrupun oyunlarına ev sahibliyi edəcək. Əsas mərhələnin həmin qrupunun matçları Bakıda baş tutacaq. Digər qruplar isə Xorvatiya (Dubrovnik), Rumıniya (Keleraş), Sloveniya (Laşko), Bosniya və Herseqovina (Sarayevo), Polşa (Krosno), Makedoniyada (Skopye) oynayacaq.