Millimiz “Ayntraxt”a qalib gəldi
21.03.2015 - 12:39
Millimiz “Ayntraxt”a qalib gəldi

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan yığma komandası ikinci yoldaşlıq oyununu keçirib.  Apasport.az saytının məlumatına görə, yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Millimiz 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada yeganə qolu Budaq Nəsirov vurub.