Millimiz “cırtdanlar”la bacarmadı
13.03.2015 - 01:28
21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi Afrodita kubokunda ilk görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, açılış matçında futbolçularımız Malta millisi ilə üz-üzə gəlib.
Matçda Patrisiya Qonzalesin yetirmələri 1:2 hesabı ilə uduzub. Komandamızın heyətində 70-ci dəqiqədə penaltidən Jalə Mənsimova fərqlənib. “Cırtdanlar”dan isə qolları Dorian Teuma ilə İlenia Karabott vurub.
Qeyd edək ki, bu gün millimiz Bəhreynlə, martın 15-də isə Kiprlə qarşılaşacaq.
0
0