İspaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığmamız yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Madrid “Atletiko”sunun U-16 komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Bahadur Həziyev fərqlənib. Xocalı qurbanlarının xatirəsinin yad olunması üçün oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri bundan öncə “Atletiko”nun 1996/1997/1998/1999-cu il təvəllüdlü futolçularının birləşmiş komandası ilə gücünü sınamış və 1:4 hesabı ilə məğlub olmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”