Millimiz dünyada 11-cidi
10.11.2014 - 17:42
Millimiz dünyada 11-cidi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrda ikinci dəfə açıqlanan reytinqində dünyanın 151 yığması yer alıb.

 

Cədvəldə ciddi dəyişiklik qeydə alınmayıb. Bu komandalardan 96-sı əsas siyahıya daxil edilib. Digər 55 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

 

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahının 11-ci pilləsində qərarlaşıb. Yığmamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 8-ci, Belçika 28-cidi.

 

Komandamızın 4-cü rəqibi olmağa iddiaçılar isə siyahının aşağı pillələrindədi. Bolqarıstan 79-cu, Yunanıstan 52-ci, Danimarka 60-cıdısa, Cəbəllütariq əsas siyahıya düşən 96 yığma arasında yer almayıb.

 

İlk “11-lik”

1. İspaniya - 1915

2. Braziliya - 1908

3. İtaliya - 1746

4. Rusiya – 1743

5. Argentina – 1684

6. Portuqaliya - 1620

7. İran - 1602

8. Ukrayna – 1472

9-10. Çexiya - 1399

9-10. Yaponiya - 1399

11. AZƏRBAYCAN – 1391