Millimiz Finlandiya ilə yenə heç-heçə etdi
22.02.2015 - 19:58
Millimiz Finlandiya ilə yenə heç-heçə etdi

Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə,  yığmamız “Eerikkila Sports Institute”stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

 

Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Vadim Ağarəhimov vurub.

 

Xatırladaq ki, bu komandalar arasında fevralın 20-də keçirilən yoldaşlıq oyunu da heç-heçə yekunlaşıb - 2:2.