Millimiz Moldova ilə qarşılaşacaq
23.04.2015 - 08:40
Millimiz Moldova ilə qarşılaşacaq

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan beynəlxalq turnirin finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinalda Rumıniyanın Moldova vilayətinin regional komandasını 6:3 hesabı ilə məğlub edən Azərbaycan millisi həlledici qarşılaşmadakı rəqibinin kimliyini bilib.

 

 

Belə ki, digər yarımfinalda Yunanıstanla görüşən meydan sahibləri 5:1 hesabı ilə qalib gəlib. Beləliklə, Tino Peresin yetirmələri bu gün keçiriləcək finalda Moldova ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:30-da başlayacaq.

 

 

Qeyd edək ki, 16:00-da staer götürəcək 3-cü yer uğrunda oyunda Yunanıstanla Rumıniyanın Moldova vilayətinin komandası üz-üz gələcək.