Millimiz mövsümə qələbə ilə başladı
05.03.2014 - 20:45
Millimiz mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri 2014-cü ildə ilk matçına BƏƏ-nin Dubay şəhərində çıxıb.

 

Növbəti dəfə ilə bu şəhərdəki toplanışla start verən yığmamız hazırlığını Filippinlə qarşılaşma ilə tamamlayıb. “Küçə itləri” ləqəbini daşıyan Asiya təmsilçisi ilə görüşdə favorit sayılan komandamız fasiləyə üstünlüklə yollana bilib. İlk yarıda millidə debüt edən “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə fərqlənib. O, Vaqif Cavadovun künc zərbəsindən ötürdüyü topu tora yollayıb.



İkinci hissədə tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb. Beləliklə, tarixi ərzində 204-cü matçını keçirən millimiz ilə qələbə ilə başlayıb.

 

Millimizlə oyundan 4 gün əvvəl Malayziya ilə qolsuz heç-heçə edən Filippin yığması isə Asiya çağırış kubokuna hazırlığı davam etdirirb. Baş məşqçisi Tomas Dulinin rəhbərliyi altında ilk dəfə avropalılarla üz-üzə gəlib.

 

 

Yoldaşlıq oyunu

5 mart

AZƏRBAYCAN - FİLİPPİN - 1:0

Qol: Elvin Yunuszadə, 26.

Baş hakim: Fahad Abdalla Ahmad Alkassar Banihammad

Baş hakimin köməkçiləri: Ahmed Saeed Ahmed Alasal Alrashadi, Jasem Abdulla Yousef Abdulla Al Ali

Dördüncü hakim: Hamad Ahmad Abdulla Alshaikh Hashmi (hamısı BƏƏ)

Dubay (BƏƏ). “Əl-Şabab” stadionu
 

AZƏRBAYCAN: 1. Kamran Ağayev (k), 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov (9. Cihan Özkara, 46), 8. Qara Qarayev, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 15. Ruslan Abuşov (14. Rəşad Sadıqov, 67), 22. Ruslan Əmircanov (16. Cavid Hüseynov, 81), 26. Tuğrul Erat (25. İlkin Qırtımov, 46), 29. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Rəşad Sadiqov, 9. Cihan Özkara, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 24. Abdulla Abatsiyev, 25. İlkin Qırtımov, 27. Araz Abdullayev
Baş məşqçi: Berti Foqts


FİLİPPİN: Patrik Deyto, Simon Rota, Rob Qier, Xuan Quirado, Ceffri Kristian, Stefan Şrok, Cerri Lusena, Martin Steubl, Misaq Bahadoran, Fil Yanqhazband, Xavyer Patino
Baş məşqçi: Tomas Duli