[b]Millimizin Serbiya yığması ilə qarşılaşacağı dəqiqləşdi[/b]
23.04.2015 - 14:14
Azərbaycan milli komandasının Serbiya ilə yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, AFFA ilə bu ölkənin futbol federasiyası arasında aparılan danışıqlar müsbət nəticələnib.
Razılaşmaya əsasən, Azərbaycan və Serbiya yığmaları iyunun 7-də üz-üzə gələcək. Qarşılaşma Avstriyada baş tutacaq.
Oyunun keçiriləcəyi stadion və matçın başlanma vaxtı isə yaxın günlərdə dəqiqləşməlidi.
0
0