Millimiz Sumqayıtda hazırlaşacaq
12.09.2014 - 14:35
Millimiz Sumqayıtda hazırlaşacaq

17 yaşadək futbolçulardan ibarət milli komandamızın təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, U-17 sentyabrın 17-dən 25-dək Sumqayıtda hazırlıq keçəcək.

 

Qeyd edək ki, Mirbağır İsayevun yetirmələri oktyabrın 23-dən 28-dək Belçikada Avropa çempionatının seçmə mərhələsinə çıxacaq. X qrupda millimiz və Belçikadan başqa, İsveçrə ilə Bosniya və Herseqovina yığmaları da var.