Millimiz turnirin qalibi oldu
20.04.2015 - 08:10
Millimiz turnirin qalibi oldu

Bakıda keçirilən 16 yaşadək qızlar arasında UEFA-nın İnkişaf turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın qalibinin adına son turda aydınlıq gəlib.

 

Azərbaycan millisi Bayıl stadionunda Yunanıstanla qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra millimiz yarışın qalibi adını qazanıb.

 

Turun “Dalğa Arena”da keçirilmiş digər oyununda isə Qazaxıstan yığması gürcüstanlı futbolçulara qalib gəlib – 1:0.

 

Qeyd edək ki, millimiz ilk turda Gürcüstanı (5:0), 2-ci oyununda Qazaxıstanı (0:0, pen. 5:4) məğlub edib.

 

III tur 

19 aprel

Qazaxıstan – Gürcüstan - 1:0

Azərbaycan – Yunanıstan - 1:1, pen. 4:2