Futzal üzrə AVRO-2016-nın final mərhələsinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serbiyada keçiriləcək yarışda ədaləti 16 referi qoruyacaq.
Azərbaycan millisinin də mübarizə aparacağı turnirdə həmyerlilərimiz hakim kimi iştirak etməyəcək. Fevralın 2-13-də baş tutacaq yarışdakı 16 hakimdən 13-ü 2 il əvvəl Belçikada das iş başında olub. Sedrik Pelissye, Admir Zahoviç və Qabor Kovaç isə final mərhələsində debüt edəcək.
AVRO-2016-nın oyunlarını idarə edəcək hakimlər: Herald Bauernfeld (Avstriya), Paskal Lemal (Belçika), Saşa Tomiç (Xorvatiya), Ondjey Çernı (Çexiya), Mark Birkett (İngiltərə), Fernando Qutyerres Lumbreras (İspaniya), Timo Onatsu (Finlandiya), Sedrik Pelissye (Fransa), Qabor Kovaç (Macarıstan), Alessandro Malfer (İtaliya), Eduardo Fernandeş Koelyo (Portuqaliya), Boqdan Soresku (Rumıniya), İvan Şabanov (Rusiya), Admir Zahoviç (Sloveniya), Kamil Çetin (Türkiyə), Oleq İvanov (Ukrayna).
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya