Millimiz üçün 5 rəqib
14.03.2015 - 15:09
Millimiz üçün 5 rəqib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin qatılacağı “Novruz” turnirinin iştirakçılarından 6-nın adı məlum olub. Apasport.az saytının xəbərinə görə, Qırğızıstanın paytaxtı Bişkəkdə təşkil olunacaq yarışda mübarizə aparacaq 6 komanda iştirakını təsdiqləyib. Bu isə o deməkdi ki, qalib adını qazanmaq iddiasında olan yığmamız 5 rəqiblə mübarizə aparacaq.

 

Bunu Qırğızıstan basketbol Federasiyasının rəsmisi Dmitri Bıkov açıqlayıb. O bildirib ki, təmsil etdiyi ölkə ilə yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan iştirakçılar yarışa dəvəti müsbət dəyərləndirib. Bıkov qeyd edib ki, Qırğızıstanı “Tulpar-SKİF” klubu təmsil edəcək. Martın 17-də başlayacaq turnir 21-dək davam edəcək.

 

Qeyd edək ki, 2014-cü ildə yarışın qalibi adını Azərbaycan millisi qazanıb