Millimiz üçün maltalı
08.09.2014 - 08:00
Millimiz üçün maltalı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah Rio-Mayor şəhərində baş tutacaq qarşılaşmanı maltalı ədalət təmsilçiləri idarə edəcək.

 

Yığmamızın seçmə mərhələdəki son görüşünü Kleyton Pisani idarə edəcək. Ona həmyerliləri kömək edəcək.

 

AVRO-2015-in seçmə oyunu

9 sentyabr

21:00. PORTUQALİYA – AZƏRBAYCAN

Baş hakim: Kleyton Pisani

Hakim-köməkçiləri: Mitçel Scerri, Lyuk Portelli

Dördüncü hakim: Adrian Azzopardi (hamısı Malta)

UEFA nümayəndəsi: Luka Jorji (İsveçrə)

Hakim-inspektor: Drajenko Kovaçiç (Xorvatiya)

Rio-mayor. “Munisipal” stadionu