Millimiz UEFA-nın turnirinə qələbəylə başladı
17.06.2015 - 10:08
Qazaxıstanın Şimkənd şəhərində keçirilən UEFA-nın inkişaf turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması turnirdə ilk oyununu keçirib.
Qazaxıstan yığması ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.
0
0